
Təbiətə yeni nəfəs!
Ölkəmizin yaşıllaşdırılmasına yardım etmək istəyənlərin sayı günü-gündən artır. Lakin, hər kəs ağac əkməyə və sonradan ona qulluq etməyə vaxt ayıra bilmir.
Yeninefes.az vasitəsilə siz evinizi və ya iş yerinizi tərk etmədən ağac əkilməsinə qoşula bilərsiz.
Ağac əkilməsi bütün bayramlarda ən gözəl hədiyyə ola bilər – ad günü, toy, uşağın doğulması, yubiley və s.
Hədiyyə etdiyiniz ağaclar uzunömürlülük, ümid və məhəbbət simvoluna çevrilərək gələcək nəsillərə nəfəs verəcək!
Necə işləyir?
Sifariş
Siz təbiətimizə 1 və ya bir neçə ağac hədiyyə edə bilərsiz. Ağac əkilməsini hansısa əlamətdar hadisəyə həsr edə bilərsiniz
Sertifikat
Sifariş qəbul olunduqdan sonra təsdiq sertifikatı əldə edirsiz. Bu o deməkdir ki, sizin üçün ting ayrılıb və qeyd olunan tarixdə əkiləcək
Əkin mərhələsi
Qeyd olunan əkin mövsümündə sizin hədiyyə etdiyiniz ağac əkiləcək və gündəlik qulluq ediləcək
Foto və GPS
Əkin həyata keçiriləndən sonra sizin adınızdan əkilmiş fidanın fotosunu və koordinatlarını əldə edirsiz
Ağac hədiyyə et
Bizimlə əkilib
Bakıda Xocəsən gölünün ətrafında, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində həyata keçirilmiş əkindən görüntülər




















Suallar və cavablar
Rəylər

Bahar Məmmədyarova
Əziz Yeni Nəfəs komandası! Təbiətin qayğısına qaldığınız üçün, dəqiq və səliqəli işiniz üçün; insanların işindən ayrılmadan təbiətə öz töhfəsini verə bilməsi üçün yaratdığınız şəraitə görə hər birinizə çox təşəkkür edirəm! Layihəniz barədə eşitdiyim an ilk iş – valideynimin ad gününə agac hədiyyə etmək oldu. Bir təbiəti sevən insan üçün bu cür hədiyyənin nə demək olduğunu siz anlaya bilərsiz? Hər birinizə işlərinizdə bol uğurlar, nailiyyətlər diləyirəm! Sizin kimi Vətəni, torpağı, təbiəti sevən insanlar durduqca, dünya duracaq. Mən də öz adımdan bu gözəl layihəni dəstəkləmək üçün əlimdən gələni edcəyəm!?

Ceyhun Cavadov (Rusiya)
Yeni Nəfəs - Əlasız! ? Meqa-fərasətli uşaqlardı, tez bir zamanda geridönüş edirlər! Həssas yanaşırlar, sorğuya həmin dəqiqə cavab verdilər! Belə gözəl missiyanın bir hissəsi olduğuma görə çox şadam! ??

Gül Öztürk (Türkiyə)
Azerbaycan ata yurdumdur ve doğa severim

Emin Əliyev
Uğurlar! Bu ilki yanğınlar ağac əkilməsinin hamı üçün vacib olduğunu göstərdi!

Nurlana Məmmədova
Mənə gül alma, ətir alma, ağac ək ?

Sahib Abdullayev
Gözəl təşəbbüsdür. 5 ağac da mən oğlumun 1 yaşına sifariş elədim.
Media haqqımızda
Əlaqə məlumatları
Siz təbiətimizə 1 və ya bir neçə ağac hədiyyə edə bilərsiz. Ağac əkilməsini hansısa əlamətdar hadisəyə həsr edə bilərsiniz.