Haqqımızda

Vətənimizin yaşıllaşdırılmasına yardım etmək istəyənlərin sayı günü-gündən artır. Lakin, hər kəs ağac əkməyə və sonradan ona qulluq etməyə vaxt ayıra bilmir. www.yeninefes.az saytı vasitəsilə istənilən şəxs müəyyən olunmuş məbləği ödəyərək ölkəmizə bir və ya bir neçə ağac hədiyyə edə və bu hədiyyəni hansısa əlamətdar hadisəyə həsr edə bilər.

Sifariş verən şəxsin e-mail ünvanına və ya whatsapp nömrəsinə müvafiq sertifikat, əkin həyata keçiriləndən sonra isə tingin fotosu və GPS koordinatları göndəriləcək.

Qeyd edək ki, “YENİ NƏFƏS” Məhdud Məsuliyyətli Cəmiyyət (VÖEN №1007169291) 2021-ci ildə fəaliyyətə başlayıb.